Meksikada yeni doğuş keçirən 23 yaşlı qadın və körpəsi koronavirusa yoluxub. Virusla mübarizə apararkən südü yaşıl rəngə çevrilən gənc ana südünün normal rənginə çevrilməsindən 2 gün sonra virusdan sağalıb.
Moderator.az xəbər verir ki, 23 yaşlı qadın açıqlamasında baş verənlərlə bağlı mütəxəssisdən məsləhət aldığını və südün rəng dəyişikliyinə rəğmən körpəsini əmizdirməyə davam etdiyini söyləyib.
Həkimlər ana südünün rəng dəyişikliyinin bədənin koronavirusla mübarizə apararkən körpəni qoruyan təbii antikorlardan qaynaqlandığını bildirib.

7NEWS.Az








