Karantin rejimi tətbiq olunmayan Braziliyada koronavirusa yoluxanların sayı 241 mini ötüb.
7News.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Braziliya koronavirusa yoluxanların sayına görə ilk beşlikdədir.
Ölkədə koronavirusdan ölənlərin sayı 16 mini keçib, xəstəxanalarda yer qalmayıb. 24 saat ərzində 7938 nəfərdə kovid-19 virusu aşkarlanıb.
Bir müddət əvvəl Braziliyanın Amazonas əyalətinin mərkəzi şəhəri olan Manaosda Covid-19-dan ölənlər üçün kütləvi məzar qazılmağa başlayıb.
Qeyd edək ki, koronavirusu ciddi qəbul etməyən ölkə başçısı Jair Bolsonaro bir müddət əvvəl sosial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib. O, həmçinin xalqa "evdə qal" çağırışı edən səhiyyə naziri Luiz Henrique Mandetta-nı işdən qovub.








