Koronavirusun İLKİN ƏLAMƏTİ - Öskürək və qızdırmadan da əvvəl...
ABŞ həkimləri iybilmə hissinin qəfil itməsinin koronavirusun ilkin əlaməti ola biləcəyini bildiriblər.
7News.Az-ın ren.tv-yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Tsintsinnati Universitetinin tibb fakültəsinin otolaringologiya və cərrahiyyə kafedrasının dosenti Əhməd Sedaqət bu simptomun öskürək və qızdırmadan da əvvəl üzə çıxdığını bildirir.
Onun sözlərinə əsasən, iybilmə hissinin itməsi adi soyuqdəymədəkindən fərqli olur: koronavirusa yoluxan adamın burnu tutulmur.
Mütəxəssis qeyd edir ki, bu simptomu görməzdən gələnlərin bir çoxunda qısa müddət sonra quru öskürək, qızdırma və "Covid-19"un digər əlamətləri müşahidə olunmağa başlayır.