RU
Koronavirusun mutasiyaya uğrayan yeni növü ABŞ-da da tapıldı
15:00
129

Koronavirusun mutasiyaya uğrayan yeni növü ABŞ-da da tapıldı

İngiltərədə meydana çıxan və böyük narahatlığa səbəb olan koronavirusun mutasiyaya uğrayan yeni növü ABŞ-da da aşkarlanıb.

7News.Az xəbər verir ki, yeni növ Kolorado ştatının Denver şəhərində yaşayan 20 yaşlarında bir kişidə görülüb. Yaxın zamanda xarici ölkəyə səfəri ilə bağlı heç bir sənədə rast gəlinməyən adam dərhal  karantin altına alınıb. Hazırda şəxsin əlaqədə olduğu digər insanlar da nəzarətə götürülüb.

Qeyd edək ki, ABŞ-da hələ aşkarlanmamış çox sayda yeni növ virus daşıyıcısının olduğu güman edilir.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ