"QİÇS-ə yoluxan şəxs bütün növ xəstəlikləri ağır keçirir. Çünki bu immun sistemini sıradan çıxarır və digər infeksion xəstəliklərə qarşı müqavimət göstərə bilmir”.
7NEWS.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Nazirlik rəsmisi bildirib ki, antiretrovirus terapiyası qəbul edən şəxslər isə koronavirusu yoluxarlarsa xəstəliyi o qədər də ağır keçirməyə bilər: "Hazırda bütün pasiyentlərlə sıx təmasdayıq. Tibbi tövsiyələr verilir”.
7NEWS.Az







