RU
Koronavirusun vaksini BU VAXT hazır olacaq - Trampdan PROQNOZ
17:40
517

Koronavirusun vaksini BU VAXT hazır olacaq - Trampdan PROQNOZ

ABŞ prezidenti Donald Tramp koronavirus peyvəndinin nə zaman hazır olacağı barədə proqnoz verib.

7News.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o, "Fox News"un efirində danışıb.

Onun sözlərinə əsasən, amerikalı mütəxəssislər bu ilin sonunadək yeni koronavirusa qarşı peyvəndi hazır edəcəklər.

"Biz bunun üzərində fəal işləyirik" - deyə Tramp vurğulayıb.

ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun rəhbəri Entoni Fauçinin sözlərinə əsasən, prezident administrasiyası 2021-ci ilin yanvarına qədər koronavirusa qarşı peyvənd hazırlamağı planlaşdırır, lakin buna zəmanət vermir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ