RU
Koronavirusun VAKSİNİ ən azı 4-5 ilə HAZIR OLAR- Həkimdən AÇIQLAMA
15:40
263

Koronavirusun VAKSİNİ ən azı 4-5 ilə HAZIR OLAR- Həkimdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi Çinin iki şirkəti – "Sinovac Biotech" və "Sinopharm" koronavirus peyvəndlərini hazırlamağa başlayıblar. Bu barədə "Daily Express" bildirib. Qeyd edilir ki, peyvəndlər hazırda insanlar üzərində üçüncü kliniki sınaqların son mərhələsini keçir.

Şirkətlər bildiriblər ki, vaksinlər artıq 2020-ci ilin sonunda bəyənilə bilər. "Sinovac"ın nümayəndəsinin sözlərinə görə, şirkət ildə 300 milyon vaksini istehsal etməyə hazırdır. Qeyd edək ki, ilk vaksin avqustun 11-də Rusiyada qeydiyyatdan keçib.

Peyvənd "Sputnik V" adını alıb. Məlumdur ki, vaksin hazırlanmasında Avropa ölkələri, ABŞ, Türkiyə kimi dövlətlər də aktivlik nümayiş etdirir.
 

Maraqlıdır, vaksin hazırlanması mərhələsində hansı ölkələrin nəaliyyətlərini daha uğurlu saymaq olar?

Bununla bağlı Sonxeber.az-a ATU dosenti, cərrah Ədalət Rüstəm danışıb:

"Virusa təsir edən effektiv vaksinin hazırlanmağına ən azı 4-5 il vaxt lazımdır. Həmin müddətdə bu vasitə sınaqdan, mərhələdən keçirilməlidir. Hazırlanandan sonra bunu müzakirə etmək olar, indi deyil. Vaksin hazırlamaq özü bir prosesdir. Bir- iki illik iş deyil. Virusun təbii mutasiyasını zəifləməsini nəzərə alsaq, ola bilər ki, koronavirusun müalicəsində vaksinə ehtiyac olmadan virus özü-özlüyündə məhv olub getsin.

Bütün sahələrdə hansı ölkələr daha yaxşı inkişaf edib, həmin ölkələrin vaksini keyfiyyətli ola bilər və ən çox alına bilər. ABŞ, Yaponiya, Cənubi Koreya, İsrail, Almaniyanı bu ölkələr sırasına daxil etmək olar. Çinin özünün vaksini də virusla mübarizədə effektli hesab etmək olar".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ