Dünyada təxminən 75 milyon insana yoluxan və 1,6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusun ilk göründüyü Çinin Uhan şəhərində yoluxma sıfrlandığına görə hər kəs əvvəlki həyatına qayıdıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, "Reuters" agentliyi Uhanın gecə həyatını əks etdirən fotolar yayıb.
Həmin şəkillər izləyicilərin təəccübünə səbəb olub.
Azərbaycan daxil, dünyada qapanmalar müşahidə olunarkən yayılan kadrlarda hər kəsin yenidən küçələrə axışıb əyləndiyi görünür.





7News.Az








