RU
Koronavirusun yüngül simptomları görünən beş yaşlı qız bir neçə saatdan sonra öldü - FOTO
11:45
245

Koronavirusun yüngül simptomları görünən beş yaşlı qız bir neçə saatdan sonra öldü - FOTO

ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində beş yaşlı qız koronavirusun səbəb olduğu nadir fəsaddan vəfat edib.

Bu barədə "The Detroit News” xəbər yayıb.

Martın sonlarında Skayler Herbert başağrısından şikayətlənməyə başlayıb. Ağrıkəsicilərin də kömək etmədiyini görəndən sonra martın 23-də valideynləri onu həkimə aparıb. Uşağa anginadan antibiotiklər yazılıb və evə göndərilib.

Qızın vəziyyəti düzəlmədiyindən, yenidən xəstəxanaya aparılıb. Bu dəfə Skaylerdə COVID-19 tapılıb. Xəstəlik yüngül keçdiyindən o, evə buraxılır. Lakin altı saatdan sonra uşağın vəziyyəti yenidən pisləşib: baş ağrıları geri qayıdıb, temperatur 37,8 dərəcəyə yüksəlib, qusma, ardınca isə epilepsiya tutmaları başlayıb. Məlum olur ki, koronavirus meninqoensefalitlə nəticələnib.

Qız iki həftə ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub. Lakin vəziyyəti düzəlməyib, beyin ölümü keçirib. Sonda valideynləri həkimlərə uşağın daxili orqanlarının fəaliyyətini dəstəkləyən cihazları söndürməyə icazə veriblər.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ