"Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna ediləcək dəyişiklik imkan yaradacaq ki, korrupsiya hallarının qarşısı alınsın.
7News.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunarkən deyib.
Komitə sədri bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu işin öhdəsindən uğurla gəlir: "Korrupsiya halı ilə bağlı məlumatı gizlətmək özü bir cinayətdir. Bunun üçün məsuliyyət müəyyən olunmalıdır. Yalan məlumat verənlərin qarşısı alınmalıdır. Sovet dövründə kimsə hansısa şəxsi yoxlamaq istəyirsə, özü anonim məktublarla müraciətlər edirdi, sonra həmin şəxslə bağlı araşdırmalara başlanılırdı. Korrupsiya halı ilə bağlı məlumat verən şəxsin təhlükəsizliyi də əsas məsələlərdəndir”-deyə S.Novruzov vurğulayıb.








