7NEWS.az xəbər verir ki, İngiltərədə yaşayan 3 Bolqarıstan vətəndaşı Rusiya casusluğunda ittiham olunduqları iş üzrə məhkəməyə çıxıb. 32 saatdan çox müşavirədən sonra üç Bolqarıstan vətəndaşı təqsirli bilinib. Şübhəlilər jurnalistlərə, keçmiş siyasətçiyə və ABŞ-ın Almaniyadakı hərbi bazasına casusluq edərək Avropanı gəzən qaçaq iş adamı tərəfindən idarə olunan casus şəbəkəsinin bir hissəsi olublar.








