7NEWS.az xəbər verir ki, Avropa Parlamenti (AP) kosovalıların uzun illərdir gözlədikləri Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız daxil olmaq istəyinə cavab verib. AP-də bu gün yerli vaxtla saat 12:00-da keçirilən iclas çərçivəsində Kosovo pasportu olan şəxslərə Aİ ölkələri üçün viza liberallaşdırılması verilib. Səsvermədən sonra AP-dən verilən yazılı açıqlamada, Kosovo vətəndaşlarının 180 günlük müddətin 90 gününə qədər viza tələb etmədən AB ölkələrinə, AB vətəndaşlarının isə Kosovoya getməsinə icazə veriləcəyi bildirilib.
7NEWS.az








