Kosovo Serbiya valyutası dinarından istifadəni qadağan edir
7NEWS.az xəbər verir ki, Kosovoda serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə dinar əvəzinə avrodan istifadə olunacaq. Qəbul edilən qərara uyğun olaraq Kosovo Mərkəzi Bankı (BQK) fevralın 1-dən etibarən əksəriyyət serblərin yaşadığı bələdiyyələrdə dinardan istifadənin qadağan ediləcəyini və yalnız avrodan istifadə ediləcəyini açıqlayıb. BQK, fevralın 1-də qüvvəyə minəcək qaydaya əsasən, Kosovo Respublikasında nağd ödəniş əməliyyatlarında və ödəniş sistemində istifadə edilməsinə icazə verilən yeganə valyutanın avro olaraq təyin olunduğunu açıqlayıb.
7NEWS.az