İtaliyanın baş naziri Meloni Kosovonun şimalında keçirilən etirazlar zamanı sülhməramlıların, o cümlədən italyan əsgərlərinin yaralanmasını pisləyib.
7NEWS.az xəbər verir ki, NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) ölkənin şimalında Zveçan Bələdiyyəsi qarşısında etiraz aksiyası keçirən serblərlə KFOR əsgərləri arasında baş verən qarşıdurmada 25-ə yaxın əsgərin yaralandığını açıqlayıb. KFOR-dan verilən yazılı açıqlamada Zveçan Bələdiyyəsi qarşısında nümayişçilərin nəzarəti altında keçirilən aksiyada 25 əsgərin yaralandığı, müalicə alan yaralıların isə müşahidə altında saxlandığı bildirilib.
7NEWS.az








