Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Türkiyənin baş naziri Əhməd Davudoğlunun şərəfinə ziyafət verib.
Əhməd Davudoğlu Səudiyyə Ərəbistanına etdiyi rəsmi səfərin son görüşlərini Ər-Riyadda keçirib.
Türkiyənın baş naziri danışıqlar çərçivəsində Səudiyyə Ərəbistanının Kralı tərəfindən qəbul edilib. Ər-Riyaddakı Kral Sarayında gerçəkləşən qəbulda Salman bin Əbdüləziz Əl Səud Əhməd Davudoğlunun şərəfinə günorta yeməyi verib./azvison
7news.az








