Böyük Britaniya kraliçası II Elizabetin onu tanımayan jurnalistlərə etdiyi zarafat sosial mediada böyük səs-küyə səbəb olub.
7News.Az xarici mediaya istinadən xəbər verir ki, hadisəni kraliçanın 30 illik mühafizəçisi Riçard Qriffin "The Times” qazetinə nəql edib:
"Bir gün Şotlandiyadakı Balmoral qalasında gəzən amerikalı turistlər adi geyimli, baş örtülü və yanında mühafizəçiləri ilə gəzən qadına rast gəlirlər və onlar arasında söhbət başlayır. Jurnalistlərdən biri "Siz kraliçanı tanıyırsınızmı?, - sualını verir. Kraliça isə bu sualı "Xeyr tanımıram, amma yanımdakı polis tanıyır”, deyə cavablandırır. Zarafatı başa düşməyən jurnalistlər kraliça ilə söhbətləşdiklərini başa düşmədən yollarına davam edirlər”.
7News.Az








