7NEWS.az xəbər verir ki, Rusiya Ukraynanın şərqində dinc sakinləri hədəfə alıb. Rusiyanın Ukraynanın şərqindəki Kramatorsk şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb. Yaralıların sayının 56 olduğu açıqlanarkən, dağıntılar altından 7 nəfərin xilas edildiyi açıqlanıb. Kramatorskda restorana edilən hücumdan sonra Kreml Ukraynada ancaq hərbçilərlə hansısa şəkildə "əlaqəli" olan hədəfləri vurduğunu bildirib.
7NEWS.az








