Taleh Mahmudovun adı 2003-cü ildə qətlə yetirilən Azərbaycanlıların diaspor birliyinin rəhbəri Mahir İlyasovun işində hallanr.
Diasporpress.az xəbər verir ki, Krasnoyarsk şəhər şurasının deputatı Taleh Sədi oğlu Mahmudovun adı bəzi qalmaqallarda, o cümlədən 15 il əvvəl baş verən qətl hadisəsində hallanır.
Məlumata görə biznesmen deputat Taleh Mahmudov 2017-ci ildə 82 milyon rubl qazanıb. İndi iş adamı "Bionika” özəl klinikasının, "Taleh” tikinti şirkətinin və "Sibir Avia” şirkətinin rəhbəridir. Bu şirkətlərin 2017-ci il üzrə ümumi gəliri 1 milyon rubl olub.
Mahmudov Azərbaycanda doğulub və hazırda Azərbaycan diasporuna rəhbərlik edir.
Taleh Mahmudovun adı 2003-cü ildə qətlə yetirilən Azərbaycanlıların diaspor birliyinin rəhbəri Mahir İlyasovun işində hallanır. "Kommersant” yazırdı ki, o, uzun müddət "Azəri” diasporuna rəhbərlik edib. Daha sonra "Azəri”yə rəhbərlik Mahmudovun əlinə keçdi, İlyasov isə "Azərbaycan” birliyini yaratdı.
Bu təşkilatlar arasında münasibətlər gərgin idi. "Novaya qazeta” cinayətin detallarını İtaliya mafiyası haqqında film ruhunda danışıb: muzdlu qatil guya İlyasovdan Mahmudovun qətli ilə bağlı sifariş qəbul edib, ancaq bununla bağlı vəd etdiyi 10 min dolları ödəmədiyi üçün özü qurbana çevrilib.
İndi Taleh Mahmudov ağır atletika federasiyasına və azərbaycan birliyinə rəhbərlik edir. 2010-cu ildə "Delovoy kvartal” Mahmudovu ilin adamı elan edib. Çünki böhran dövründə o, klinikasını 10 mərtəbəyə qədər genişləndirib. Taleh Mahmudova qarşı həmyerlilərimiz tərəfindən münasibət birmənalı deyil. Məlumata görə onunla hesablaşmayan həmyerlilərimiz yaşərlənırəh həbs edilir və ya Rusiyadan deportasiya edilərək Azərbaycana göndərilir.
Mövzunu davam etdirəcəyik.
7News.Az








