RU
Kreditlərin 34,9 faizi dövlət tərəfindən verilib
13:00
640

Kreditlərin 34,9 faizi dövlət tərəfindən verilib

Mərkəzi Bankın məlumatına görə, 2016-cı il dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalaraq, milli valyuta ekvivalentində 16275,5 milyon manat təşkil edib.

7news.Az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, ümumi kredit portfelinin 12824,5 milyon manatı və ya 78,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 34,9 faizi dövlət, 62,2 faizi qeyri-dövlət bankları, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,9 faizini təşkil edib.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ