Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank” ASC müflis elan edilib, bank barəsində iflas proseduruna başlanılıb.Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı, ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
"KredoBank”la bağlı dəhşətli faktlar üzə çıxdı
Ötən sayımızda dərc olunmuş yazıda "KredoBank” ASC-dən 15
milyon türk lirəsinin (Azərbaycan manatının kursu ilə təxminən 7, 5 milyon
manat) Müşahidə Şurasının sədri Müşfiq Vəkilovun himayəsində olan
"İnter-Alyans” və "Trans-Alyans” MMC-lərə köçürülərək mənimsənilməsi ilə bağlı
bəzi faktlara aydınlıq gətirilmişdi. Həmçinin qeyd edilmişdi ki, uzun müddətdir
adı çəkilən bankla "Aqro-Star Plyus” MMC arasında yaşanan kredit qalmaqalına
dair aşağı məhkəmə instansiyalarının qərarlarına Ali Məhkəmə 30 oktyabr 2014-cü
ildə son verib. Belə ki, "KredoBank” ASC-nin Müşahidə Şurasının sədri Müşfiq
Vəkilovun iddia tələbinin əsassız olduğu barədə qəti qərar verilib.
Bəs "Aqro-Star Plyus” MMC-nin
"Krodo-Bank” ASC ilə hansı bağlantıları var?
Redaksiyamıza təqdim olunmuş sənədlərdən məlum olur ki, adı çəkilən və başı
qalmaqallı MMC sıradan bir şirkət deyil. Həmin şirkətin Vergilər Nazirliyindən
23 may 2011-ci ildə alınmış "Dövlət Reyestrindən Çıxarış”ından məlum olur ki,
adı çəkilən MMC-nin 3 payçısı olub: Ələddin Ağca oğlu Yusifov (75 pay), İlham
Səməd oğlu Mustafayev (15 pay) və Səfərov Zöhrab Məmməd oğlu (10 pay).
Diqqəti çəkən isimlərdən Zöhrab Səfərovla bağlı maraqlı fakt üzə çıxır. Bu
həmin Z.Səfərovdur ki, Müşfiq Vəkilova məxsus, Bakıda yerləşən (Bayılda)
"KROWN-OTEL”in icraçı direktorudur. O, əvvəllər Müşfiq Vəkilovun atası İsa
Vəkilovun sürücüsü işləyib və hazırda Bakının Babək prospektində yerləşən "555”
adlı avtosalonun da rəhbəridir. Bundan əlavə, ötən yazıda da qeyd olunduğu
kimi, 09.01.2013-cü ildə Müşfiq Vəkilov rəhbəri olduğu "KredoBank” ASC-dən
"İnter-Alyans” və "Trans-Alyans” MMC-lərə 15 milyon türk lirəsi köçürülərək
mənimsənilmişdir. Sənədlərdən bəlli olur ki, (Türkiyə Dövlət Notariusunda
təsdiqlənən köçürmə sənədinin surəti təqdim olunur) bu vəsaitin 2 milyon 250
min lirəsi Zöhrab Səfərov adlı iş adamının adına 15 faizlik pay kimi
keçir.
P.S. 7News.az redaksiyasına 6 şirkət rəhbərindən ilginc məlumatlar daxil olub. Konkret faktlarla, sənədlərlə müşaiyət olunan məktubda "Kredobank" ASC-nin Müşahidə Şurasının Sədri Müşfiq Vəkilovun milyonlarla vəsaitin necə mənimsədiyi açıq-aşkar görünür. Faktlar tam dəqiqləşdirildikdən sonra növbəti yazımızda dərc ediləcəkdir.








