ABŞ, Ukrayna və Avropa İttifaqı nümayəndə heyətlərinin Cenevrədəki danışıqlarının nəticələrinə əsaslanan sülh planının əsas parametrləri Moskvaya təqdim edilib.
7News.Az RBK-ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Əsas parametrlər təqdim edilib. Gələn həftə Moskvada danışıqlar olacaq", - deyə o qeyd edib.








