RU
Kreml:
15:50
200

Kreml: "Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq"

"Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi üçün yardım göstərməyə hazırdır”.

7News.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, danışıqların Sankt-Peterburqda MDB ölkələrinin başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.

Xatırıladaq ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ