"Ukraynanın "Müxalifət platforması – Həyat naminə” partiyasının rəhbəri Viktor Medvedçukun Rusiya ilə pərdəarxası münasibətləri yox idi. Əgər bunu fərziyyə olaraq təxmin etsək, o zaman Medvedçuk xüsusi əməliyyata qədər Ukraynadan gedərdi”.
7NEWS.Az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı münasibətlərinin qurulmasının tərəfdarı olan fikirləri də yaxşı məlumdur. Bu mövqe həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Əgər fərziyyə olaraq pərdəarxası münasibətlərin olduğunu təxmin etsək, o zaman xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl Medvedçuk Ukraynanı tərk edərdi. Medvedçuk bunu etməyib”, - Kremlin sözçüsü vurğulayıb.
7NEWS.Az








