RU
Kreml: Putin Şarl Mişellə Azərbaycan-Ermənistan danışıqlarını müzakirə edib - YENİLƏNİB
18:40
498

Kreml: Putin Şarl Mişellə Azərbaycan-Ermənistan danışıqlarını müzakirə edib - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının Prezidenti Şarl Mişelə Azərbaycan-Ermənistan sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində atılan addımlar barədə məlumat verib.

7NEWS.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin Putin-Mişel arasında telefon danışığına dair yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Putin-Mişel telefon danışığında Vladimir Putin və Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə bu yaxınlarda apardıqları təmaslar nəzərə alınmaqla, Qarabağda sabitliyin və təhlükəsizliyin təmin edilməsi mövzusuna da toxunulub.

"Azərbaycan, Ermənistan və Rusiya arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti bir daha təsdiqlənib.

Bu kontekstdə Rusiya Prezidenti iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin başlanması və iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində atılan addımlar barədə məlumat verib”, - Kremlin məlumatında bildirilib.



15:32

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

7NEWS.Az xəbər verir ki, bu barədə Şarl Mişel bildirib.

"Pasxa bayramı münasibətilə Mariupol və digər mühasirəyə alınmış şəhərlərə təcili humanitar yardım və bu şəhərlərdən təhlükəsiz çıxış üçün ciddi çağırış etdim. Aİ-nin mövqeyini qəti şəkildə bir daha bəyan etdim: Ukrayna və onun suverenliyinə dəstək, Rusiyanın təcavüzünü pisləmək və ona qarşı sanksiyalar.

Bizim birliyimiz, prinsiplərimiz, dəyərlərimiz bölünməzdir”, - Şarl Mişel vurğulayıb.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ