RU
Kreml: Rusiya digər ölkələrdən hərbi yardım istəməyib
20:15
1180

Kreml: Rusiya digər ölkələrdən hərbi yardım istəməyib

Rusiya Ukraynada xüsusi əməliyyatların aparılmasına görə digər ölkələrə yardım üçün müraciət etməyib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Rusiya Ukraynada əməliyyat keçirmək potensialına malikdir. Digər ölkələrə yardım göstərmələri üçün müraciət etməmişik”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarla bağlı Çindən yardım istədiyi ilə bağlı məlumat yayılıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ