7NEWS.az xəbər verir ki, Ukrayna müharibəsinin qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq məqsədilə 2022-ci ildə Türkiyə ilə BMT arasında İstanbulda imzalanmış Qara dəniz taxıl dəhlizi sazişinin müddəti bu gün başa çatıb. Kremlin sözçüsü Dmitriy Peskov, daha əvvəl 3 dəfə uzadılan müqavilənin bir daha uzadılacağına ümid edildiyi halda, bu gün verdiyi açıqlamada, "Qara dəniz taxıl sazişi hələlik dayandırılıb. Əgər Rusiyanın şərtləri yerinə yetirilərsə, biz razılaşmaya qayıdacağıq”-deyib.
7NEWS.az








