RU
Kreml
15:00
83

Kreml "Vaqner"in Baxmutdan çıxmasına dair qərarını şərh etməkdən imtina edib

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov "Vaqner” muzdlu hərbi təşkilatının mayın 10-da Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindən çıxacağına dair qərarını şərh etməkdən imtina edib.

7News.Az Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bununla bağlı sualı cavabsız qoyub.

"Mən bunu şərh edə bilmərəm”, - D.Peskov söyləyib.

O, "Vaqner” Baxmutdan çıxacağından xəbərdar olduğunu bildirib.

Qeyd edək ki, "Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxağını açıqlayıb.

Xatırladaq ki, 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ