RU
Kremldən nazirlərin Putindən uzaqda əyləşdirilməsinə dair açıqlama
14:50
725

Kremldən nazirlərin Putindən uzaqda əyləşdirilməsinə dair açıqlama

Rusiya Prezidenti Vladimir Putin fevralın 14-ü ölkənin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Görüş zamanı Putin və nazirlərin bir-birindən çox uzaq məsafədə əyləşməsi diqqət çəkib.

 Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov görüşlər zamanı uzun masadan istifadə olunmasına aydınlıq gətirib.

 

Onun sözlərinə görə, nazirlərin Putindən uzaq məsafədə əyləşməsi koronavirusla bağlı məhdudiyyətlər və ehtiyat tədbirləri ilə əlaqədar olub.

Peskov əlavə edib ki, tərəflər arasında məsafə heç bir şəkildə işə mane olmayıb və görüşdə tam danışıqlar aparılıb.

Xatırladaq ki, fevralın 7-si Vladimir Putinin Moskvada fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı da uzun masadan istifadə olunub. Buna səbəb olaraq isə Makronun Rusiyada PCR-test verməkdən imtina etməsi olub.

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ