"Talibanla təmaslar Əfqanıstandakı və Əfqanıstan-Tacikistan sərhədindəki vəziyyətin inkişafı baxımından lazımdır”.
Bunu Kremlin sözçüsü Dimitri Peskov paytaxt Moskvada Əfqanıstan mövzusunda danışarkən deyib. O, rusiyalı rəsmilərin Taliban heyəti ilə Moskvada görüşdüklərini, Rusiya prezidenti Vladimir Putinin də görüşdən xəbərdar olduğunu bildirib.
Qeyd edək ki, Rusiya xarici işlər nazirliyi V.Putinin Əfqanıstan üzrə xüsusi təmsilçisi Zamir Kabulovun Taliban heyəti ilə Moskvada görüşdüklərini açıqlamışdı.
Onu da qeyd edək ki, 2020-ci ilin Fevralında Dohada ABŞ-la Taliban arasında sülh razılaşması imzalanıb. ABŞ Talibana bütün xarici qüvvələrin 2021ci ilin 1 mayınadək çəkiləcəyinə dair söz verib.
Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olsa da, təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli qarşıdurmalar davam edir./olke
7NEWS.Az








