7News.az xəbər verir ki, bu barədə "Beynəlxalq Avrasiya Hərəkatı”nın rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin deyib.
Onun sözlərinə görə, Qarabağda müharibə olacaqsa, Rusiya Ermənistanı dəstəkləməyəcək: "Lakin Azərbaycanın da Qarabağı qaytarması istisnadır. Rusiya bu münaqişədə konkret hansısa tərəfdən çıxış edə bilmir”.
Duqin dolayısı ilə Kremlin Qarabağla bağlı mövqeyini ifadə edib.
"Status-kvo Rusiyaya əlverişlidir. Beynəlxalq ictimaiyyəti Qarabağı Azərbaycanın tərkin hissəsi olaraq tanıyır, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, biz müharibəyə müdaxilə etməyə məcbur olacağıq, bu isə hamının itki verməsi deməkdir”, - deyə o bildirib.
Kremlin ideoloqu Rusiyanın öz sülhməramlılarının Qarabağa daxil etmək planının olmadığını deyib. Lakin əlavə edib ki, "lazım olacaqsa, biz bunu edəcəyik”.
"Geosiyası nöqteyi-nəzərdən Rusiya bir məsələdə maraqlıdır: Dağlıq Qarabağda status-kvo saxlanılsın. Bəzi problemlər var ki, biz orada münaqişələrdə maraqlıyıq. Qarabağda isə sülh bizə əlverişlidir”, - deyə Duqin vurğulayıb.//publika
7News.az








