İşğal altındakı Krım regionunun qondarma rəhbərliyi yanan silah-sursat anbarının yaxınlığındakı dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə edir.
Bu barədə regionun qondarma rəhbəri Sergey Aksenov teleqramda bildirib.
O, yarımadanın şərqindəki poliqon ətrafındakı ərazilərdən dörd yaşayış məntəqəsinin 2 min sakininin təxliyə olunacağını açıqlayıb.
Belə ki, Krımın şərqindəki Kirovski rayonundakı təlim poliqonunda Rusiya ordusunun silah-sursat anbarı yanır və partlayır.








