7News.az xəbər verir ki, dünən Krım üzərində planlı uçuş həyata keçirən An-26 təyyarəsi ilə əlaqə kəsilib. Axtarış-xilasetmə qrupları təyyarədə olan 23 sərnişin və altı ekipaj üzvünün hamısının öldüyünü müəyyən ediblər. Qəzaya texniki nasazlığın səbəb olduğu güman edilir.








