Rusiya müstəntiqləri ilk dəfə olaraq "Kriminal aləmin lideri” statusunu rəsmiləşdiriblər.
Onlar "Şakro Molodoy” kimi tanınan "qanuni oğru” Zaxari Kalaşovun cinayət işində onu belə adlandırdıraraq, bu termini işlətdiblər.
Xatırladaq ki, 63 yaşlı Kalaşov artıq 45 ildir ki "qanuni oğru" statusundadır və Aslan Usoyanın ("Ded Xasan”) ölümündən sonra ən nüfuzlu kriminal avtoritetlərdən biri sayılırdı. Bu ilin iyul ayında baş vermiş həbsindən sonra, onun rəqibi sayılan Rovşən Caniyev (Lənkəranski) İstanbulda qətlə yetirilmişdi.
Hazırda isə Zaxari Kalaşov həbsdədir və ona qarşı olan bütün ittihamlar öz təstiqini tapsa, "Şakro Molodoy” ömürlük həbs cəzasına məhkum ola bilər.
7News.az








