RU
Kriminal avtoritetlər Bakıya toplaşır
15:30
1414

Kriminal avtoritetlər Bakıya toplaşır

Bu gün Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə Dadaş Bakinski (Novxanınski) kimi tanınan Dadaş İbrahimovun 40 mərasimidir.

Mərasim Novxanıda keçiriləcək. “Qanuni oğru”nun yas mərasiminə kriminal aləmin tanınmış nümayəndələrinin qatılacağı gözlənilir.

Xatırladaq ki, martın 22-də Kiyevdəki “Borispol” hava limanında qanlı insident zamanı bıçaqla özünə xəsarət yetirən Dadaş Novxanınski aprelin 4-də ölü tapılıb. 48 yaşlı “qanuni oğru”nun intihar etdiyi ehtimalı istisna edilmir./aznews.Az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ