RU
“Krokus siti holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb
10:17
54

“Krokus siti holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb

Moskva vilayətində "Krokus siti holl”dakı terror aktında şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Bryansk vilayətində ələ keçirilib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Qeyd olunub ki, cinayətkarların olduğu ehtimal edilən avtomobil Belarus və Ukrayna ilə sərhəddən bir neçə kilometr aralıda, Teplı kəndi yaxınlığında saxlanılıb. İlkin məlumatlara görə, avtomobildə 6 nəfər olub. Onlardan 2-si saxlanılıb, 4-ü isə qaçıb.

Saxlanılanlar Tacikistan vətəndaşlarıdır. Onların terror aktında əli olub-olmadığı dəqiqləşdirilir.

Daha 4 nəfər axtarılır.

Xatırladaq ki, ötən axşam Moskvadakı "Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ