RU
Körpə qızlarını boğaraq, öldürən qadının məhkəməsi başlayıb
15:30
631

Körpə qızlarını boğaraq, öldürən qadının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Nəsibə Quliyevanın (1988-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

7news.az xəbər verir ki, bu il iyunun 4-də, axşam saat 20 radələrində Sabunçu rayonunun Albalılıq qəsəbəsindəki 515№i evdə yaşayan Nəsibə Quliyeva 3 yaşlı Aydan və 10 aylıq Ayşəni boğaraq, qətlə yetirib. Daha sonra isə, intihar etmək üçün mətbəx bıçağı ilə döş qəfəsinə zərbə endirib. Ağır xəsarət alan qadın 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və həkimlərin səyi nəticəsində sağ qalıb. Daxil olan məlumat əsasında hadisə yeri Sabunçu RPİ və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub. Məlum olub ki, N.Quliyeva hadisəni törətməzdən əvvəl məktub yazıb. Məktubda deyilib : "Həyatımdan bezmişəm. Belə yaşamaq istəmirəm. Şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm".

İş üzrə prokurorluğda araşdırma aparılarkən qadının əri Asif Məlikzadə bildirib ki, hadisədən şoka düşüb. O. işi ilə bağlı həftənin müəyyən günləri evdə olmayıb. Arvadı həddindən artıq qısqanc olub, hər dəfə ona zəng vurub, ailələrində başqa problem olmadığını bildirib.
Həmçinin şahid qismində dindirilən A.Məlikzadənin yaxınları bildiriblər ki, Asifin heç bir günahı yoxdur: "Sadəcə Nəsibə Asifi hamıya, xalası, bibisi qılarına, hətta anasına belə qısqanıb. Cinayətin tək günahkarı Nəsibədir".

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan olunub.

Məhkəmə baxışı noyabrın 30-na təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ