RU
`Körpələr işığın kəsilməsinə görə ölməyib`
14:12
1095

`Körpələr işığın kəsilməsinə görə ölməyib`

“Üçəmlərdən ikisinin ölümünə işığın kəsilməyi səbəb olmayıb”.

Bu sözləri Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Səlimov deyib.

O qeyd edib ki, körpələr vaxtından əvvəl, 31-ci həftədə dünyaya gəlib. “Əslində belə vəziyyətdə olan ana Bakıda Perinital Mərkəzdə yerləşdirilməli idi. Amma ana axşam sancı ilə bizə gəldi və doğuş reallaşdı. Üçəm oğlan dünyaya gətirdi. Bütün səylərə baxmayaraq üçəmlərdən 2-si gecə saat 1-də öldü. Bir körpənin vəziyyəti isə ağır olaraq qalır”. 

Baş həkim qeyd edib ki, bütün səylərə baxmayaraq iki körpəni vəziyyətdən çıxarda bilməyiblər. “Körpələr vaxtından əvvəl doğulduğü üçün çəkiləri az idi. Biri 1100 qram, digərləri isə 1200 qram olub. Qeyd olunduğu kimi onların ölümünə səbəb işığın kəsilməsi olmayıb. Körpələr gecə saat 1-də ölüb, işıqlar isə təmirlə əlaqədar 2-nin yarısı kəsilib. Həm də həmin körpələr aparata qoyulmayıb ki, oksigen kəsintisi olsun”.

Qeyd edək ki, Salyanın Mərkəzi Xəstəxanasında 21 yaşlı Mirzabitə İlham qızı Abdullayevanın ötən gecə dünyaya gətirdiyi üçəmdən ikisi ölüb. Ailə üzvlərinin verdiyi məlumata görə, doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ