RU
Körpəsinin yanında ruh gördüyünü düşündü, sən demə... - FOTO
16:10
199

Körpəsinin yanında ruh gördüyünü düşündü, sən demə... - FOTO

ABŞ-ın İllinoys ştatında Neypervil şəhərinin sakini Maritza Sibulsun başına maraqlı və eyni zamanda qorxunc hadisə gəlib.

7News.Az-ın mashable-a istinadən verdiyi xəbərə görə, körpəsini yatırdan qadın otağa quraşdırılan izləmə kamerasında uşağın yanında "ruh"un uzandığını görüb.

Körpəsinin yanında ruh gördüyünü düşündü, sən demə... - FOTO

Həmin gün yoldaşı işdə qaldığı üçün evdə tək olan ana otağa qalxmağa qorxub. Gözlərinə inana bilməyib və ekranın şəklini çəkərək yoldaşına, anasına və yaxın rəfiqəsinə göndərib. Gördüyünə bir açıqlama tapmaq üçün hətta Facebook qruplarında da paylaşıb.

Bütün gecəni yata bilməyən qadın səhər "sürpriz"lə qarşılaşıb. Sən demə, uşağın atası döşəyin üzünü dəyişərkən mələfəni örtməyi ünüdüb və ekranda görsənən sadəcə olaraq uşaq şəkli olan etiketdir.

Körpəsinin yanında ruh gördüyünü düşündü, sən demə... - FOTO

"Onu öldürməyim gəlir", - deyə Sibuls "Facebook"dakı paylaşımında zarafatca yazıb.

Həmin paylaşım 500 mindən çox "like" toplayıb.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ