İclas aprelin 15-də keçiriləcək.
İrəvanda aprelin 15-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Hərbi komitetinin növbəti səkkizinci iclası keçiriləcək.
Bu barədə News.am-a Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, toplantıda iştark etmək üçün aprelin 14-də İrəvana təşkilata üzv ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndələri gəliblər: Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, həmçinin KTMT-in Baş katibi və vahid Qərargah rəhbəri.
7news.Az








