Avropa Birliyi ilə Kuba arasında tarixdə ilk dəfə olaraq siyasi dialoq və əməkdaşlıq sazişi imzalanıb.
7News.az "Russia Today”a istinadən xəbər verir ki, sənəd quruma üzv olan ölkələrin parlamenti və Kuba məclisində qəbul edildikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Kuba Latın Amerikası ölkələri arasında sözügedən sənədə imza atan ilk ölkə olub. Buna qədər Kuba ilə Avropa Birliyi arasında "normallaşma sənədi” imzalanıb. Lakin sənəd hələ ki, quruma üzv olan ölkələrin parlamentində qəbul olunmayıb.
7News.az







