RU
Kubada oteldə partlayışda ölənlərin sayı 35-ə çatıb
00:00
1323

Kubada oteldə partlayışda ölənlərin sayı 35-ə çatıb

Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 35-ə çatıb. Son məlumatlara görə, beşi azyaşlı olmaqla, 24 nəfər xəstəxanalardadır. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Mayın 6-da Kubanın paytaxtının mərkəzində yerləşən Saratoqa otelində partlayış baş verib, binanın fasadının beş mərtəbəsi dağılıb və bir neçə qonşu binaya ziyan dəyib. Faciənin əsas səbəbi kimi qaz sızması hesab edilir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ