7News.az xəbər verir ki, Kubada ağcaqanadlar vasitəsilə yayılan viruslar son aylarda insan həyatına mənfi təsir göstərib. Kuba səhiyyə nazirinin müavini Karilda Pena ölkədə ağcaqanadlar vasitəsilə yayılan Dengue virusundan 12, Çikunqunya virusundan isə 21 nəfərin öldüyünü bildirib. Ölənlərdən ən azı 21-nin 18 yaşından kiçik olduğu bildirilsə də, ölümlərin hansı vaxtda baş verdiyi açıqlanmayıb.








