RU
“Kubok üçün 5 milyon verərdim”
12:20
3884

“Kubok üçün 5 milyon verərdim”

“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım maraqlı açıqlamalar verib.

Qafqazinfo” xəbər verir ki, o, Türkiyə kubokunun finalında “Qalatasaray”a 0:1 hesabı ilə uduzmaqlarını hələ də həzm edə bilmədiyini söyləyib. Klub prezidenti bildirib ki, kubok üçün 5 milyon avrosundan keçər: “Mən kubokun finalından öncə soyunub-geyinmə otağına girib futbolçulara dedim ki, bu kubokun əhəmiyyətini bilirsiniz. Başqa bir söz demədim. Onlar bunu anlamalı idilər. Mən nə edə bilərəm ki? Kubok üçün 5 milyon avro istəsəydilər, verərdim. Amma pulla alınası bir mükafat deyildi. Mən də çox üzülürəm. Hər kəz Əziz Yıldırımı ittiham edir. Futbolçulara, məşqçilərə əsəbiləşdim. Niyə? Çünki onlar yaxşı olsaydılar, kubok bizim olacaqdı”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ