RU
Kubokun final oyunu:
12:23
1178

Kubokun final oyunu: "Qarabağ", yoxsa "Neftçi"

Bu gün Azərbaycan kubokunda final oyunu keçiriləcək.

7News.az-ın məlumatına görə, həlledici görüşdə “Qarabağ” və “Neftçi” komandaları qarşılaşacaq.

Ardıcıl üçüncü il ölkə çempionu olan Ağdam təmsilçisi “qızıl dubl” etməyə çalışacaq. Mövsümü 6-cı pillədə başa vuran “Neftçi” isə bu uğursuzluğu kuboku qazanmaqla unutdurmaq niyyətindədir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Qeyd edək ki, ötən mövsüm də finalda bu iki komanda qarşılaşmışdı. “Qarabağ” 3:1 hesabı ilə qalib gələrək “qızıl dubl” etmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ