“Allah balamı məhv edənlərin cəzasın versin”.
Əməkdar artist Kübra Əliyeva “ATV Maqazin” verilişinə açıqlama verib.
Bir neçə gün əvvəl oğlunu itirən aktrisa göz yaşlarını saxlaya bilməyib:
“Hər kəs bilir ki, mən onun üçün nə qədər əziyyət çəkib, nələr etmişəm. Allah balamı məhv edənlərin cəzasın versin. Allah heç bir anaya göstərməsin. Böyük dərddir. Analar oğul çiynində gedər. Ananın övladı yola salması çətindir. Balalarımın hamısına eyni tərbiyyəni vermişəm. Dünyanı bürüyən dəhşətli xəstəlik...
Narkotikdən sonra yaranan qaraciyər xəstəliyi onu bu hala saldı. Varımı-yoxumu Raufun yolunda qoydum. Dedim, qanını dəyişdirib, onu bu yoldan döndərəcəm. Üç-dörd gün əvvəl mənlə danışmışdı. Deyirdi, “Ana kaş ki, zamanı geri qaytarardım”. Çox peşman idi”.
Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən, Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 46 yaşında həbsxanada dünyasını dəyişib./oxu
7news.az








