RU
Küçə döyüşləri başladı - Mosul əməliyyatı
11:48
457

Küçə döyüşləri başladı - Mosul əməliyyatı

İraq ordusu və peşmərgə Mosulu ev-ev, küçə-küçə İŞİD terrorçularından geri alır.

7News.az-ın məlumatına görə, İraq ordusunun rəsmiləri bəyan edib ki, Gökçəli qəsəbəsi terrorçulardan tamamilə təmizlənib. Böyük əhəmiyyətə malik olan qəsəbənin alınması isə şəhər mərkəzinə gedən mərkəzi küçələri nəzarətdə saxlamaq baxımından vacib hesab edilir. Tam qələbənin çox yaxında əldə olunacağını bildirən hərbiçilər, Mosulda dinc insanların hələ də İŞİD-in əlində girov qalmasından narahatdır. BMT-nin hesablamalarına görə hazırda 10 min uşaq potensial ölüm təhlükəsi ilə üz-üzə qalıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ