RU
Küçədə bacısını bıçaqlayan qardaş hakim qarşısında
22:50
1432

Küçədə bacısını bıçaqlayan qardaş hakim qarşısında

Bakıda bacısını bıçaqlamada təqsirli bilinən Elton Əkbərlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

7NEWS.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında paytaxtın Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü E.Əkbərli küçədə qardaşının hücumuna məruz qalıb. O, bacısının üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ