7NEWS.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 28 ünvanının qarşısında qeydə alınıb.
Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Murad Tağıyev 1967-ci il təvəllüdlü Hamlet Novruzovu bıçaqlayaraq öldürüb. Məlum olub ki, hadisədən əvvəl Hamlet Novruzov və iki tanışı ilə yeyib-içiblər, sərxoş olan dostlar küçəyə çıxıblar. Bu zaman Hamletin yanında olan oğlan digər qız dostu ilə quçaqlaşıb öpüşüblər.Bunu görən Murad Tağıyev onlara iradını bildirib. Bundan əsəbləşən Hamlet Novruzov Murad Tağıyevlə mübahisə edib. Murad Tağıyev özündə olan bıçağı Hamlet Novruzovun ürək nahiyəsinə sancıb.
Cinayəti törətməkdə şübhəli bilinən Murad Tağıyev hadisədən bir gün sonra polisə könüllü gələrək təslim olub.
İş üzrə dindirilmiş Murad Tağıyev ifadəsində bildirib ki, oktyabrın 11-də idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törədib. Protokol tərtib edilməsi üçün Xətai RYPŞ-nə dəvət ediblər. Ayın 14-də şöbəyə gedərək orada olan avtomobilindən ətirləri, təsbehi və suvenir kimi aldığı bıçağı çantasına yıgıb. Əşyalarını götürdükdən sonra Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən kompyuter akademiyasına yollanıb.
Saat 22:00 radələrində dərsdən çıxaraq taksi ilə yaşadığı evə gedib.
Nəsrəddin Tusi 28 ünvanında yerləşən mağazaların qarşısına çatdıqda taksidən düşüb. Orada siqaret çəkərkən təhlükəsizlik kamerasının altında tanımadığı kişi ilə qadının qacuqlaşıb öpüşdüyünü görüb. Ərazidən çoxlu sayda adam keçdiyindən onlara yaxınlaşıb iradını bildirdikdə həmin kişi onunla razılaşıb. Lakin qadın qışqıra-qışqıra ona işi ilə məşğul olmasını deyib.
Tağıyev ifadəsinin davamında bildirib ki, kişi ilə qadının sərxoş olduqlarını başa düşdükdən sonra oradan uzaqlaşmaq istəyib. Qadının qışqırıq səsi ərazidə olan insanların diqqətini cəlb edib.
Bu zaman Murad yaşlı bir kişinin əlində bıçaq ona tərəf qışqıra-qışqıra gəldiyini görüb. Həmin şəxs Hamlet Novruzov idi.
"Gördüm əlində bıçaq bizim uşaqlara tərəf nəsə deyə-deyə qaçır. Məndə getdim yolun o biri tərəfindən sumkam qalmışdı ordan bıçağı götürüb keçdim o biri tərəfə. Gördüm Hamlet fırlanıb mağazanın böyründən gəldi mən tərəfə. O, tərpənən kimi mən birinci tərpənib vurdum onu”.
Murad Tağıyev daha sonra bildirib ki, oradan uzaqlaşanda ona xəsarət yetirdiyini bilməyib. Çünki Hamlet yerə yıxılmayıb. Sərbəst yeriyərək yolu keçib. Daha sonra yaxınlıqdakı uşaq baxçasına gedərək bıçağı damin üstünə atıb. Arxasınca gələn hadisə şahidləri ona deyiblər ki, vurduğu zərbə Hamletin ürəyinə dəyib. O, polisdə işləyən qohumuna zəng edərək təslim olmaq istədiyini bildirib. Həmin şəxs gəlib onu polis idarəsinə aparıb.
Murad Tağıyev əlavə edib ki, Hamlet Novruzovu öldürmək fikri olmayıb. Yalnız qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə ona bir zərbə vurub. Əyər bıçağın dəydiyini həmin an hiss etsəydi, ona mutləq komək edərdi.
Məhkəmə prosesi zamanı Murad Tağıyev ittiham üzrə özünü təqsirli hesab etməyib.
Zərərəçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını qeyd edərək ona yüngül cəza təyin edilməsini istəyib.
Sonda məhkəmənin hökmü ilə Murad Tağıyev 7 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən apellayisa şikayəti verilib.
2012-ci ili fevralın 11-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi 126.3-cü ( qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.
Murad Tağıyeva təyin olunmuş cəza müddəti dəyişdirilməyib.








