RU
Küçədə sataşmağa görə 750 avro cərimə
15:50
578

Küçədə sataşmağa görə 750 avro cərimə

Fransada küçədə qadınlara qarşı seksual xarakterli hərəkət edənlər üçün pul cəzası tətbiq ediləcək.

7News.az xarici KİV-ə istinadən xəbər verir ki, gələn ay qəbul edilməsi nəzərdə tutulan qanunda pul cəzasının 90-750 avro olacağı gözlənilir. Fransa Daxili İşlər naziri Gerard Collomb uşaqlara təcavüz hallarında isə cəzanın 20 ildən 30-ilə qaldırılmasını məqsədəuyğun hesab etdiyini bildirib.

Qeyd edək ki, sorğuya əsasən, Fransada qadınların 68%-i küçədə onlara təcavüz edən kişilərə pul cəzasının tətbiq olunmasının tərəfdarıdır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ