İtaliya parlamentinin yeni qəbul etdiyi "yaşıl iqtisadiyyat" qanunlarına görə, küçədə siqaret söndürənlər, səkiyə saqqız atanlar, tüpürənlər və yerə zibil atanlar böyük pul cəzaları ödəyəcək.
İtaliyada küçələrin siqaret kötükləri ilə, tapdalanmış saqqızlarla və zibillərlə kirlədilməsinə qarşı yeni qanunlar tətbiq olunacaq.
Küçələri çirkləndirənlər 300 avro məbləğində pul cəzası ödəməli olacaq. Üstəgəl, küçələrə daha çox zibil qutusu və siqaret söndürmək üçün ayaqlı külqabılar yerləşdiriləcək./atv
7news.az








